Gəncədə cüdo mərkəzi inşa olunacaq

Gəncədə cüdo mərkəzi inşa olunacaq Azərbaycan Cüdo Federasiyası (ACF) Gəncə şəhərində cüdo mərkəzinin inşasını planlaşdırır.
Fərdi
6 aprel 2022 15:47
Gəncədə cüdo mərkəzi inşa olunacaq

Azərbaycan Cüdo Federasiyası (ACF) Gəncə şəhərində cüdo mərkəzinin inşasını planlaşdırır.

"Report"un Qərb bürosunun məlumatına görə, bununla əlaqədar ACF prezidentinin müşaviri Natiq Bağırov və federasiyanın baş katibi Rəşad Rəsullu Gəncədə olublar.

Onlar Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb, sözügedən məsələ ətrafında geniş müzakirələr aparıblar. Görüşdə həmçinin, icra başçısının müavini Kamran Məhərrəmov, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, Gəncə İctimai İştirakçılıq Məclisinin sədri Müzadil Həsənov iştirak ediblər.

N.Bayramov ölkə rəhbərinin idmana olan xüsusi diqqət və qayğısından söz açıb. Cüdo mərkəzinin inşasının Gəncədə bu idman növünün inkişafına təkan olacağını qeyd edib.

Daha sonra federasiya nümayəndələri sözügedən mərkəzin inşası üçün bir sıra ərazilərə baxış keçiriblər.

Son xəbərlər

Orphus sistemi