Gənc cüdoçular arasında Azərbaycan birinciliyinə start verildi

Gənc cüdoçular arasında Azərbaycan birinciliyinə start verildi Fövqəladə Hallar Nazirliyinin Hövsanda yerləşən İdman-Sağlamlıq Mərkəzində gənc cüdoçuların respublika birinciliyinə start verilib.
Fərdi
27 Fevral , 2020 09:01
Gənc cüdoçular arasında Azərbaycan birinciliyinə start verildi

Fövqəladə Hallar Nazirliyinin Hövsanda yerləşən İdman-Sağlamlıq Mərkəzində gənc cüdoçuların respublika birinciliyinə start verilib.

"Report"un məlumatına görə, əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İki gün davam edəcək yarışda paytaxt və bölgələrdən 51 komandanın tərkibində 367 idmançı (311 oğlan, 56 qız) qalib adı uğrunda mübarizə aparır.

Yarışın ilk günündə oğlanlar arasında 55, 66, 81, 100, qızların mübarizəsində isə 44, 52, 63 və 78 kq çəki dərəcələrində qaliblərin adına aydınlıq gəlib.

Oğlanlar

55 kq Məmmədov Rəşad
66 kq Tanrıverdiyev Ayxan
81 kq Talıbov Vüqar
100 kq Kərimli Adil
Qızlar
44 kq Hacıyeva Aygün
52 kq Əliyeva Səbinə
63 kq Ağayeva Südabə
78 kq Ağamalıyeva Zəhra

Son xəbərlər

Orphus sistemi