Fyodr Yemelyanenko karyerasını Moskvadakı döyüşündə bitirəcək

Fyodr Yemelyanenko karyerasını Moskvadakı döyüşündə bitirəcək MMA-nın (qarışıq döyüş növləri) canlı əfsanəsi, dördqat dünya çempionu Fyodr Yemelyanenko karyerasında son döyüşünü Moskvada keçirəbilər.
Fərdi
1374
26 Avqust , 2020 05:30
Fyodr Yemelyanenko karyerasını Moskvadakı döyüşündə bitirəcək

MMA-nın (qarışıq döyüş növləri) canlı əfsanəsi, dördqat dünya çempionu Fyodr Yemelyanenko karyerasında son döyüşünü Moskvada keçirə bilər. 

"Report" xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

"Bellator"un prezidenti Skot Koker bildirib ki, rusiyalının potensial rəqibi UFC-nin keçmiş çempionu Fabrisio Verdum ola bilər.

Braziliyalı idmançı isə öz növbəsində bildirib ki, döyüşün taleyini elə ilk raundda həll edəcək.

Əvvəl bildirilirdi ki, Yemelyanenkonun bu döyüşü 2020-ci ilin sonuna planlaşdırılır. 

Qeyd edək ki, 43 yaşlı rusiyalı idmançının aktivində 6 məğlubiyyət  və 39 qalibiyyət var. 

Son xəbərlər

Orphus sistemi