Füzuli Musayev yeni təsis edilən assosiasiyanın prezidenti seçilib

Füzuli Musayev yeni təsis edilən assosiasiyanın prezidenti seçilib Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzinin bazasında yeni yaradılan Braziliya Ciu-Citsu və Xidməti Tətbiqi İdman Növləri Assosiasiyasının təsis konfransı keçirilib.
Fərdi
27 Avqust , 2019 15:00
Füzuli Musayev yeni təsis edilən assosiasiyanın prezidenti seçilib

Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzinin bazasında yeni yaradılan Braziliya Ciu-Citsu və Xidməti Tətbiqi İdman Növləri Assosiasiyasının təsis konfransı keçirilib. 

"Report"un məlumatına görə, konfransda Azərbaycan-Braziliya Ciu-citsu məktəbinin rəhbərləri o cümlədən, Türkiyənin İzmir şəhərindən, Sumqayıt, Ələt, Suraxanı, Qusar, Gəncə və digər rayonlardan 22 nümayəndə iştirak edib. 

Konfransda Assosiasiyanın prezidenti seçilib. İclasa sədrlik edən Avrasiya Kombat Ciu-Citsu Federasiyasının prezidenti Rəsul Məmmədov Azərbaycan Taekvondo Federasiyasının, Azərbaycan Karate Federasiyaları Assosiasiyasının birinci vitse prezidenti, FHN-nin İdman Sağlamlıq Mərkəzinin rəisi Füzuli Musayevi prezident vəzifəsinə irəli sürüb və təklif edilən namizəd yekdilliklə adı çəkilən vəzifəyə seçilib. 

Assosiasiyasının prezidenti vəzifəsinə seçilən Füzuli Musayev göstərilən etimada görə minnətdarlıq edərək, qurumun fəaliyyətinin inkişafı, Braziliya Ciu-Citsunun və xidməti tətbiqi idman növlərinin inkişaf etdirilməsi üçün bacarıq, səy və xidmətlərini əsirgəməyəcəyini bildirib. Musayev çıxışında qeyd edib ki, qarşıda duran əsas məqsəd gəncləri bu idman növünə cəlb etməklə sağlam həyat tərzinin formalaşması, onların sağlam böyüməsi, inkişafı və beynəlxalq arenalarda ölkəmizi layiqincə təmsil etməkdir.

Yeni seçilən prezident assosiasiyanın birinci vitse-prezidenti vəzifəsinə Braziliya Ciu-citsu klubu “İctimai birliyi”nin rəhbəri Taleh Həsənovu, baş katibi vəzifəsinə uzun müddət Daxili İşlər Nazirliyinin əlbəyaxa döyüş mərkəzinin rəhbəri, xidməti tətbiqi idman növlərinin inkişafında səy və xidmətləri olan İdman Sağlamlıq Mərkəzinin Hüquqşünası Həmid Məmmədovu, Avrasiya Kombat Ciu-Citsu Federasiyasının prezidenti Rəsul Məmmədovu texniki direktor, Assosiasiyasının məşqçilər komitəsinə Azərbaycan Cüdosuna tövhələr vermiş Rəcəblilər sülaləsinin nümayəndəsi Zaur Rəcəblini sədr təyin edib.

Son xəbərlər

Orphus sistemi