​Frirayd üzrə dünya çempionu Alp dağlarında baş vermiş uçqun nəticəsində həlak olub

​Frirayd üzrə dünya çempionu Alp dağlarında baş vermiş uçqun nəticəsində həlak olub Faciə film çəkilişi zamanı baş verib
Fərdi
19 Aprel , 2016 17:36
​Frirayd üzrə dünya çempionu Alp dağlarında baş vermiş uçqun nəticəsində həlak olub

Bakı. 19 aprel. REPORT.AZ/ İsveçrədə Alp dağlarında baş vermiş uçqun nəticəsində frirayd üzrə dünya çempionu, 21 yaşlı isveçrəli snoubordçu Estel Bale həlak olub.

Bu barədə "Report" "BBC"yə istinadən xəbər verir.

Faciə Fransa ilə sərhəddə yerləşən Orsyer kurortu yaxınlığında film çəkilişi zamanı baş verib.

Uçqun Estel Baledən qabaqda düşən digər snoubordçudan yan keçib.

Hadisə yerinə gəlmiş xilasedicilər idmançını qarın altından çıxartsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.

Estel Bale karyerası boyu iki dəfə (2015 və 2016-cı illərdə) frirayd üzrə dünya çempionu tituluna sahib olub. 

Son xəbərlər

Orphus sistemi