Fransalı qaçışçı marafon yarışı zamanı ölüb

Fransalı qaçışçı marafon yarışı zamanı ölüb Fransalı qaçışçı 6 günlük Saxara (Böyük Səhra) marafonu zamanı dünyasını dəyişib.
Fərdi
5 Oktyabr , 2021 18:15
Fransalı qaçışçı marafon yarışı zamanı ölüb

Fransalı qaçışçı 6 günlük Saxara (Böyük Səhra) marafonu zamanı dünyasını dəyişib.

"Report" xəbər verir ki, 50 yaşlı atlet səhranın Mərakeş hissəsində təşkil olunan yarışın ikinci mərhələsində mübarizə apararkən qəflətən vəfat edib. Onun ölümünə ürəktutması səbəb olub.

Qaçışçı marafondan öncə bütün tibbi müayinələrdən keçib və səhhətində hər hansı problem aşkarlanmayıb. Təşkilatçılar atletin kimliyini anonim saxlamağa qərar veriblər.

Qeyd edək ki, əsl adı "Marathon des Sables" olan yarış 1986-cı ildən keçirilir.

Son xəbərlər

Orphus sistemi