Yuxarı

Fransada MMA döyüşlərinin keçirilməsi qaydalarında dəyişiklik edib

Bu barədə nazirlik qərar qəbul edib

Bakı. 27 oktyabr. REPORT.AZ/ Fransa İdman Nazirliyi ölkədə MMA döyüşlərinin keçirilməsi qaydalarında dəyişiklik edilib. 

"Report"un "Sky Sport"a istinadən verdiyi məlumata görə, bu barədə nazirliyin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib.

Məlumatda döyüşlərin rinqdə və ya xalça üzərində keçiriləcəyi qeyd olunub. Yeni qərara əsasən, rəqibin başına, ənsəsinə, boğazına, onurğa sütununa zərbə vurmaq, diz və dirsəklə zərbə endirmək, barmaqla ağız və burun nahiyəsindən xəsarət yetirmək qadağan olunub. Nazirlik bu cür hallar baş verəcəyi təqdirdə həmin idmançının diskvalifikasiya olunacağını qeyd edib.

Fransa MMA İttifaqının prezidenti Bertran Amossu nazirliyin bu cür qərar verməsini hörmətsizlik adlandırıb və bu səbəbdən məhkəməyə müraciət edəcəklərini deyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi