İdmançılar üçün xüsusi maska hazırlandı

İdmançılar üçün xüsusi maska hazırlandı Fransada idmançılar üçün virusa qarşı xüsusi maskanın işlənilib hazırlanması üzrə layihə başa çatıb.
Fərdi
25 Yanvar , 2021 12:12
İdmançılar üçün xüsusi maska hazırlandı

Fransada idmançılar üçün virusa qarşı xüsusi maskanın işlənilib hazırlanması üzrə layihə başa çatıb.

"Report"un "France Info"ya istinadən məlumatına görə, ötən ilin iyunundan bu işlə ölkənin İdman və Səhiyyə nazirlikləri məşğul olub.

İştirakçı qismində isə çoxsaylı müvafiq firma və mütəxəssislər çıxış edib. Maska artıq patentləşdirilib və onu dövriyyəyə buraxmaq istəyən bütün müəsssisələrə təqdim edilə bilər.

Üz üçün xüsusi münasib parçadan hazırlanmış maska dodaqlara toxunmur, nəfəs aldıqda isə dartılmır. O, sifətə elə pərçimlənib ki, hətta intensiv hərəkətdə də yerini dəyişmir.

Son xəbərlər

Orphus sistemi