Fransa 2024-cü il Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyir

Fransa 2024-cü il Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyir Fransa Milli Olimpiya Komitəsi paytaxt Parisin namizədliyini təqdim etməyi düşünür
Fərdi
7 Fevral , 2015 11:18
Fransa 2024-cü il Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyir

Bakı. 7 fevral. REPORT.AZ/ Fransa 2024-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək niyyətindədir. 

"Report"un "TASS"a istinadən verdiyi məlumata görə, Fransa Milli Olimpiya Komitəsi paytaxt Parisin namizədliyini təqdim etməyi düşünür.

Komitə məsələ ilə bağlı son qərarı iyunda verəcək. Parisdən əlavə Roma (İtaliya), Boston (ABŞ) və Budapeşt (Macarıstan) də təşkilatçı şəhər olmaq istəyən namizədlər siyahısındadır. Bundan başqa, həmin siyahıda Doha (Qətər), Durban (CAR), Berlin (Almaniya), Nayrobi (Keniya) və Sankt-Peterburq (Rusiya) şəhərləri də yer alıb.

Beynəlxalq Olimpiya Komitəsinin (İOC) 2014-cü ilin dekabrında keçirilmiş sessiyasında Olimpiya oyunlarının müxtəlif şəhər və ölkələrdə keçirilməsi qərarı qəbul olunub.

Qeyd edək ki, qalibin adı İOC-un 2017-ci il sentyabrın 15-də Perunun paytaxtı Limada keçiriləcək sessiyasında məlum olacaq.

Son xəbərlər

Orphus sistemi