Bakı. 24 iyun. REPORT.AZ/ "Formula-1" üzrə Azərbaycan Qran-prisinin sıralama turu keçirilib.
“Report”un məlumatına görə, “Mercedes" komandasının pilotu Luis Hemilton birinci olub.
Valtteri Bottas (Mercedes) ikinci, Kimi Raykkonen (Ferrari) isə üçüncü yeri tutub.
İyunun 25-də keçiriləcək Azərbaycan Qran-prisinin həlledici mərhələsi saat 17:00-da start götürəcək.
