Cihangir Perperik: "Bakıda keçirilmiş Avropa Qran Prisindən insanlar ağızdolusu danışırlar"

Cihangir Perperik: "Bakıda keçirilmiş Avropa Qran Prisindən insanlar ağızdolusu danışırlar" "Türkiyə 2017-ci ildə Formula 1 Qran Prisi keçirməyi planlaşdırır"
Fərdi
22 İyun , 2016 13:38
Cihangir Perperik: Bakıda keçirilmiş Avropa Qran Prisindən insanlar ağızdolusu danışırlar

İstanbul. 22 iyun. REPORT.AZ/ Türkiyə F1 və "Motorspor"un direktoru Cihangir Perperikin Bakıda keçirilmiş Formula 1 üzrə Avropa Qran Prisi ilə bağlı "Report"a müsahibəsi...

- Formula 1 mütəxəssisi kimi Avropa Qran Prisini necə dəyərləndirirsiz...

- Bakıda ilk dəfə keçirilən Avropa Qran Prisini idman dünyasının rəngarəng, yaddaqalan fəaliyyətlərindən biri kimi dəyərləndirərdim. Doğrudur, bizlər - Formula 1 fanatları daha həyəcanlı, nəfəskəsən yarış olmasını gözləyirdik. Nəzərə alsaq ki, Formula 1 qəzaların, həyəcanlı hadisələrin sıx yaşandığı, gərgin mübarizəli bir idman növüdür, Bakıdakı yarışı daha rahat, səliqəli, təşkilati baxımdan da yüksək səviyyəli bir fəaliyyət kimi dəyərləndirə bilərik. Doğrudur, yarışmanın ikinci günü buna bənzər hadisələr yaşandı, amma kifayət qədər həyəcanlı olmadı. Azərbaycanda ilk dəfə keçirilməsinə baxmayaraq, qeyd edim ki, yarış zolaqları maneəsiz, peşəkar səviyyədə təşkil olunmuşdu.

- Bu yarış dünya standartlarındakı digər Qran prilərdən daha hansı cəhətləri ilə seçildi?

- Avropa Qran Prisini digərlərindən fərqləndirən cəhət ondan ibarətdir ki, Formula 1-in keçirildiyi ölkələrdə yarışlar şəhərdən bir qədər kənar, mərkəzdən uzaq geniş ərazilərdə təşklil olunur. Bu yarışlar sırf mücadilə, mübarizə xarakteri daşıyır. Bakıda isə yarış şəhər şəraitində - yarış zolaqları şəxsi avtomobillərin, ictimai nəqliyyatın hərəkət etdiyi prospektlərdə təşkil olunmuşdu. Bu, daha çox şəhər əhalisinin yarışı zövqlə izləməsi, insanların rifahına xidmət edən, şəhərə bayram əhvali-ruhiyyəsi yaşadan fəaliyyət idi. Bakı bunun öhdəsindən layiqincə gəldi. Belə bir mötəbər yarış dünyada yalnız Melburn, Monako və Sinqapur şəhərlərində  keçirilir. Dünya mətbuat orqanlarında, sosial medialarda paylaşılan statuslardan da məlum olur ki, Formula 1 dünyası Bakıdakı yarışı uğurlu hesab edir. Yarışmanı izləmək üçün Türkyədən böyük bir qrup Bakıya getmişdi. Təşkilati məsələlərdən, rəngarəng proqramlardan, maraqlı açılış və bağlanış mərasimlərindən insanlar ağızdolusu danışırlar.

- Türkiyə 2005 - 2011 ci illərdə Formula 1-ə ev sahibliyi edib. Növbəti illərdə belə bir yarışın keçirilməsi nəzərdə tutulub?

- Bəli, Türkiyə ardıcıl 7 il nəhəng "İstanbul park" meydanında dünyanın ən böyük idman yarışlarından biri olan Formula1-ə ev sahibliyi edib. Uğurlu yarışlarımız dünyada dillər əzbəri idi. İndi də qardaş ölkədən ilham alaraq, 2017-ci ilə yenidən belə bir rəngarəng fəaliyyəti gerçəkləşdirmək arzusundayıq. Hazırda bununla bağlı danışıqılar gedir. Ümid edirəm ki, Formula1-i Türkiyəyə təkrar gətirmək bizə nəsib olacaq.

Son xəbərlər

Orphus sistemi