"Formula 1" zamanı Bakıda çıxış edəcək ikinci ulduz müğənni bəlli olub

"Formula 1" zamanı Bakıda çıxış edəcək ikinci ulduz müğənni bəlli olub Formula 1 üzrə Azərbaycan Qran Prisi çərçivəsində konsert proqramı ilə çıxış edəcək ikinci və son ulduz qonaq bəlli olub.
Fərdi
10 Aprel , 2019 21:31
Formula 1 zamanı Bakıda çıxış edəcək ikinci ulduz müğənni bəlli olub

"Formula 1" üzrə Azərbaycan Qran Prisi çərçivəsində konsert proqramı ilə çıxış edəcək ikinci və son ulduz qonaq bəlli olub.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən "Report"a verilən məlumata görə, bu, Cardi B ləqəbli Belkalis Almanzardır.

ABŞ-dan olan müğənni 28 apreldə Bakı Kristal Zalında səhnə alacaq.

Qeyd edək ki, "Formula 1" zamanı Bakıda çıxış edəcək ilk ulduz Sem Smitdir. Britaniyalı müğənninin konserti aprelin 27-də olacaq.

Son xəbərlər

Orphus sistemi