Yuxarı

​"Formula 1" yarışmasının pilotu Jül Biyanki xəstəxanada vəfat edib

Formula 1 yarışmasının pilotu ötən ilin oktyabrında ağır qəzaya düşmüşdü

Bakı. 18 iyul. REPORT.AZ/ "Formula 1" yarışlarında "Marusiya" komandasının tərkibində çıxış edən fransız pilotu Jül Biyanki ötən il Yaponiya Qran-Prisi yarışında baş verən qəza zamanı aldığı ciddi xəsarətlərdən Nitse şəhər xəstəxanalarından birində dünyasını dəyişib.

"Report"un İnterfaks agentliyinə istinadən verdiyi məlumatına görə, bu barədə idmançının Facebook fan-klub səhifəsində Biyankinin ailəsinin yerləşdirdiyi məlumatda bildirilib.

"Formula 1" yarışlarında "Marusiya" komandasının tərkibində çıxış edən fransız pilotu Jül Biyanki ötən ilin oktyabrında ağır qəzaya düşmüşdü.

O vaxtdan bəri idmançı ağır vəziyyətdə xəstəxanada müalicə alırdı. Biyanki bir neçə ağır əməliyyat keçirib, lakin onun vəziyyəti yaxşılaşmayıb.

Jül Biyanki 2013-ci ildən etibarən "Formula 1" yarışlarında çıxış edib. Onun ən uğurlu çıxışı həmin ildə Monako Qran-Prisi yarışında olub. O zaman fransalı idmançı doqquzuncu yer tutub və iki xal qazana bilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi