"Formula 1" üzrə Monako Qran Prisinə yekun vurulub

"Formula 1" üzrə Monako Qran Prisinə yekun vurulub Yarışı Joze Mourinyo da izləyib
Fərdi
28 May , 2017 19:27
Formula 1 üzrə Monako Qran Prisinə yekun vurulub

Bakı. 28 may. REPORT.AZ/ "Ferrari" pilotu Sebastyan Fettel "Formula 1" üzrə Monako Qran Prisinin qalibi olub.

"Report"un məlumatına görə, 78 mərhələnin yekununda almaniyalı pilot finişə 1 saat 44 dəqiqə 44,340 saniyəyə çatıb.

İkinci yeri onun finlandiyalı komanda yoldaşı Kimi Raykonen tutub. Raykonen Fetteldən 3,145 saniyə geri qalıb. Liderə 3,745 saniyə uduzan "Red Bull" pilotu Daniel Rikkardo isə üçüncü olub. Yürüşə 20 iştirakçı qatılsa da, onlardan 15-i finişə çatıb.

Sayca 6-cı mərhələdən sonra aktivinə daha 25 xal yazan Fettel sürücülərin mübarizəsində 129 xalla 1-ci pillədə möhkəmlənib. Sonrakı yerlərdə "Mercedes" pilotları - böyük britaniyalı Luis Hemilton (104 xal) və finlandiyalı Valtteri Bottas (75 xal) qərarlaşıb. Avtomobillərin yarışında isə ilk 3 yeri 196 xalla "Ferrari", 179 xalla "Mercedes" və 97 xalla "Red Bull" tutur.

Növbəti mərhələ 9 - 11 iyunda Kanadada olacaq. 

Qeyd edək ki, Monako Qran Prisini İngiltərənin "Mançester Yunayted" futbol komandasının baş məşqçisi Joze Mourinyo da izləyib. 

Son xəbərlər

Orphus sistemi