"Formula 1" üzrə dünya çempionatı Afrikada keçirilə bilər

"Formula 1" üzrə dünya çempionatı Afrikada keçirilə bilər Formula 1 üzrə dünya çempionatının mərhələlərindən biri Afrikada keçirilə bilər.
Fərdi
16 May , 2019 18:17
Formula 1 üzrə dünya çempionatı Afrikada keçirilə bilər

"Formula 1" üzrə dünya çempionatının mərhələlərindən biri Afrikada keçirilə bilər.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə yarışın kommersiya direktoru Şon Bratçes məlumat verib. 

O, Mərakeş və Yohannesburq (CAR) təmsilçiləri ilə danışıqlar haqqında danışıb. Əvvəllər yarışların keçirilməsinə Nigeriya və Ruanda tərəfindən də maraq göstərilib.

"Afrika bizim daxil olmaq istədiyimiz bazardır. Beş qitədə yarışı təşkil edirik. Afrika isə olmadığımız son qitədir. CAR və Mərakeşdə çox vacib danışıqlar aparırıq", - deyə kommersiya direktoru bildirib.

Qeyd edək ki, "Formula 1" 1958-ci ildə Mərakeşin Kasablanka şəhərində, CAR-da isə 1967-ci ildən 1993-cü ilə qədər keçirilib. 

Son xəbərlər

Orphus sistemi