"Formula-1" üzrə Azərbaycan Qran Prisinin biletləri satışa çıxarılıb

"Formula-1" üzrə Azərbaycan Qran Prisinin biletləri satışa çıxarılıb Biletlərin satış məntəqələri açıqlanıb
Fərdi
16 Oktyabr , 2018 15:18
Formula-1 üzrə Azərbaycan Qran Prisinin biletləri satışa çıxarılıb

Bakı. 16 oktyabr. REPORT.AZ/ 2019-cu ilin aprelində keçiriləcək "Formula-1" üzrə Azərbaycan Qran Prisinin biletləri bu gün satışa çıxarılıb.

"Report" xəbər verir ki, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Kommersiya şöbəsinin rəhbəri Bülent Özerdim bildirib. Onun sözlərinə görə, biletləri bakucitycircuit.az və itiket.az saytlarıdan, eləcə də satış məntəqələrindən əldə etmək mümkündür.

Qeyd edək ki, 2019-cu il Azərbaycan Qran Prisi 26 - 28 apreldə təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi