"Formula-1" üzrə Azərbaycan Qran-prisinin başlama saatı dəyişdirilib

"Formula-1" üzrə Azərbaycan Qran-prisinin başlama saatı dəyişdirilib Bu addım yürüşlərin televiziya auditoriyasını artırmaq üçün atılıb
Fərdi
129
2 Fevral , 2018 10:40
Formula-1 üzrə Azərbaycan Qran-prisinin başlama saatı dəyişdirilib

Bakı. 2 fevral. REPORT.AZ/ 2018-ci ildə keçiriləcək "Formula-1" üzrə bütün Qran-prilərin başlama saatı dəyişdirilib. 

"Report"un məlumatına görə, bu addım yürüşlərin televiziya auditoriyasını artırmaq üçün atılıb.

Əvvəllər mərhələlərin çoxunda yaşıl işıqlar yerli vaxtla saat 14:00-da yanırdısa, indi bu, 15:10-da baş verəcək. Əlavə 10 dəqiqə kommersiya kanallarının rahatlığı üçün edilib. İndi onlar Qran-pridən əvvəl daha çox reklam verə biləcəklər.

Bu il aprelin 27 - 29-da keçiriləcək Azərbaycan Qran-prisi isə Bakı vaxtı ilə saat 16:10-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi