Formula 1 üzrə Azərbaycan Qran Prisində üçüncü qəza baş verib

Formula 1 üzrə Azərbaycan Qran Prisində üçüncü qəza baş verib “Red Bull” komandasının pilotu Maks Ferstappen bolidini səddə vurub
Fərdi
23 İyun , 2017 18:45
Formula 1 üzrə Azərbaycan Qran Prisində üçüncü qəza baş verib

Bakı. 23 iyun. REPORT.AZ/ Formula 1 üzrə Azərbaycan Qran Prisində üçüncü qəza baş verib. 

“Report”un məlumatına görə, hazırda davam edən ikinci sərbəst yürüş zamanı “Red Bull” komandasının pilotu Maks Ferstappen idarəetməni itirərək bolidini səddə vurub.

Nəticədə pilot əzilmiş maşınını tərk edib və yarışı davam etdirə bilməyib. Onun bolidi kran vasitəsi ilə ərazidən götürülüb.

Qeyd edək ki, daha əvvəl "Renault"un pilotu Colion Palmerin və "Force İndia"nın pilotu Serxio Peresin bolidi Qız Qalasının yaxınlığında səddə çırpılıb və yararsız hala düşüb.

Son xəbərlər

Orphus sistemi