Formula 1 üzrə Azərbaycan Qran Prisində tamaşaçıların yarıdan çoxu əcnəbilər olacaq

Formula 1 üzrə Azərbaycan Qran Prisində tamaşaçıların yarıdan çoxu əcnəbilər olacaq Bülent Özerdim: "Biletlər 57 ölkədən alınıb"
Fərdi
158
30 May , 2017 11:53
Formula 1 üzrə Azərbaycan Qran Prisində tamaşaçıların yarıdan çoxu əcnəbilər olacaq

Bakı. 30 may. REPORT.AZ/ "Bu günə qədər Formula 1 üzrə Azərbaycan Qran Prisi üçün 57 fərqli ökədən bilet alınıb".

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Kommersiya direktoru Bülent Özerdim deyib.

O bildirib ki, bilet alan ölkələr sırasında ilk sıralarda Rusiya, İngiltərə, Ukrayna, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri qərarlaşıb. B.Özerdimin fikrincə, bilet alan ölkələrin sayı keçən ilin göstəricisinə nisbətdə çoxdur: "Hədəfimiz odur ki, belə ölkələrin sayını keçən illə nisbətdə iki qat artıraq. Gələn ay ərzində bu hədəfə çatmağı planlaşdırırıq".

Bu il 30 min tamaşaçı gözlədiklərini söyləyən türkiyəli funksioner tamaşaçıların 56 faizinin əcnəbilərdən ibarət olacağını vurğulayıb. O, bilet satışının sürətlə getdiyini diqqətə çatdırıb: "Azərbaycan Qran Prisinə 4 həftə qalmış Filarmoniya bağı tərəfində olan tribunanın biletləri tamamilə satılıb. İçərişəhər tribunalarının biletləri də çox az qalıb. Bu il iki yeni tribuna da əlavə edilib. Bunlar Sahil bağı və Sabir bağıdır. Keçən ilə nəzərən bu il izləyicilərin sayı daha çox olacaq".

Qeyd edək ki, Azərbaycan Qran Prisi 23 - 25 iyunda Bakının mərkəzi küçələrində keçiriləcək.  

Son xəbərlər

Orphus sistemi