“Formula-1” üzrə Azərbaycan Qran-prisində birinci sərbəst yürüşə start verilib

“Formula-1” üzrə Azərbaycan Qran-prisində birinci sərbəst yürüşə start verilib Bakı. 27 aprel. REPORT.AZ/ “Formula-1” üzrə Azərbaycan Qran-prisində birinci sərbəst yürüşə start verilib.
Fərdi
27 Aprel , 2018 13:01
“Formula-1” üzrə Azərbaycan Qran-prisində birinci sərbəst yürüşə start verilib

Bakı. 27 aprel. REPORT.AZ/ “Formula-1” üzrə Azərbaycan Qran-prisində birinci sərbəst yürüşə start verilib.

“Report” xəbər verir ki, Hökumət Evi qarşısından start verilən yürüşdə 20 pilot qatılıb. Trasla tanışlıq xarakteri daşıyan ilk yürüşlər 14:30-da başa çatacaq.

Qeyd edək ki, ikincisi sərbəst yürüş bu gün 17:00 - 18:30 aralığında olacaq. Aprelin 28-də saat 14:00 - 15:00-da üçüncü sərbəst yürüş, 17:00 - 18:00-da isə sıralama turu olacaq. Ertəsi gün saat 14:40 - 15:10-da pilotların trek paradı keçiriləcək. 

Saat 15:56-da Azərbaycan Respublikasının Dövlət himni səsləndiriləcək. Saat 16:10-da isə “Formula-1” üzrə 2018-ci il Azərbaycan Qran-prisinə start veriləcək. Yarış 51 dövrə və ya 120 dəqiqəni əhatə edəcək.

Son xəbərlər

Orphus sistemi