​"Formula 1" üzrə 7 qat dünya çempionu Mixael Şumaxerin son vəziyyəti açıqlanıb

​"Formula 1" üzrə 7 qat dünya çempionu Mixael Şumaxerin son vəziyyəti açıqlanıb Pilotun hərəkət etdiyi bildirilib
Fərdi
23 Dekabr , 2015 10:05
​Formula 1 üzrə 7 qat dünya çempionu Mixael Şumaxerin son vəziyyəti açıqlanıb

Bakı. 23 dekabr. REPORT.AZ/ "Formula 1" üzrə 7 qat dünya çempionu Mixael Şumaxerin səhhəti ilə bağlı son durum açıqlanıb. "Report"un Almaniyanın "Bunte" jurnalına istinadən verdiyi məlumata görə, pilotun vəziyyətinin müsbətə doğru getdiyi və gəzə biləcəyi bildirilir.

2 il öncə keçirdiyi xizək qəzası nəticəsində komaya düşən, daha sonra ev şəraitində müalicəsi davam etdirilən 46 yaşlı Şumaxerin köməklə bir neçə addım atdığı qeyd olunub. Hazırda pilotun müalicəsi evdə bir qrup həkim və terapevt tərəfindən davam etdirilir.

Qeyd edək ki, Mixael Şumaxer qəzadan sonrakı həyatını yataq xəstəsi olaraq keçirir.

Son xəbərlər

Orphus sistemi