"Formula 1" təqviminə yeni Qran-pri daxil edilib

"Formula 1" təqviminə yeni Qran-pri daxil edilib "Formula 1" şirkəti bu il Qətər Qran-prisinin keçirilməsinə dair müqavilə bağlayıb.
Fərdi
28 İyul , 2021 14:04
Formula 1 təqviminə yeni Qran-pri daxil edilib

"Formula 1" şirkəti bu il Qətər Qran-prisinin keçirilməsinə dair müqavilə bağlayıb.

"Report" xəbər verir ki, bu barədə britaniyalı jurnalist Co Seyvard məlumat paylaşıb. O, Qətər Qran-prisinin təqvimdə ləğv olunmuş Avstraliya mərhələsini əvəzləyəcəyini bildirib.

Yarış Dohadakı "Losail" avtodromunda keçiriləcək. Orada Moto GP-nin mərhələsi təşkil edilir.

Hələlik Qətər mərhələsinin dəqiq tarixi müəyyənləşdirilməyib. Böyük ehtimalla, bu, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərində təşkil olunacaq Qran-prilər ərəfəsinə təsadüf edəcək.

Son xəbərlər

Orphus sistemi