"Formula 1": Sebastyan Fettel sıralama turunda birinci olub

"Formula 1": Sebastyan Fettel sıralama turunda birinci olub Bakı. 28 aprel. REPORT.AZ/ “Ferrari” komandasının pilotu Sebastyan Fettel “Formula1” üzrə Azərbaycan Qran Prisinin sıralama turunda birinci olub.
Fərdi
28 Aprel , 2018 18:09
Formula 1: Sebastyan Fettel sıralama turunda birinci olub

Bakı. 28 aprel. REPORT.AZ/ “Ferrari” komandasının pilotu Sebastyan Fettel “Formula1” üzrə Azərbaycan Qran Prisinin sıralama turunda birinci olub.

“Report”un məlumatına görə, “üçlüy”ü “Mercedes”in sürücüləri qapayıblar.

Lüis Hemilton ikinci, Valtteri Bottas isə üçüncü olub.

Qeyd edək ki, aprelin 29-da saat 14:40 - 15:10-da pilotların trek paradı keçiriləcək. Saat 15:56-da Azərbaycan Respublikasının Dövlət Himni səsləndiriləcək. Saat 16:10-da isə “Formula1” üzrə 2018-ci il Azərbaycan Qran-prisinə start veriləcək. Yarış 51 dövrə və ya 120 dəqiqəni əhatə edəcək.

Son xəbərlər

Orphus sistemi