"Formula 1" Rusiya telekanalı ilə müqaviləni pozub

"Formula 1" Rusiya telekanalı ilə müqaviləni pozub "Formula 1" Rusiyanın "Match TV" telekanalı ilə müqaviləni pozub.
Fərdi
10 Mart , 2022 20:53
Formula 1 Rusiya telekanalı ilə müqaviləni pozub

"Formula 1" Rusiyanın "Match TV" telekanalı ilə müqaviləni pozub.

"Report"un məlumatına görə, bu barədə telekanalın baş prodüseri Aleksandr Taşin açıqlama verib.

Onun sözlərinə görə, dünya çempionatının 2022-ci il mövsümü Rusiyada yayımlanmayacaq.

Qərar Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar qəbul olunub.

Qeyd edək ki, "Formula 1" 2020-ci ildə "Match TV" ilə 3 illik müqavilə imzalayıb.

Son xəbərlər

Orphus sistemi