"Formula 1": Rusiya Qran-prisi üçün xüsusi bilet hazırlanacaq

"Formula 1": Rusiya Qran-prisi üçün xüsusi bilet hazırlanacaq Formula 1 üzrə Rusiya Qran-prisinin təşkilatçıları 2020-ci ildə Soçidə keçiriləcək Qran-pri üçün xüsusi biletlər hazırlayacaqlar.
Fərdi
25 Dekabr , 2019 16:47
Formula 1: Rusiya Qran-prisi üçün xüsusi bilet hazırlanacaq

"Formula 1" üzrə Rusiya Qran-prisinin təşkilatçıları 2020-ci ildə Soçidə keçiriləcək Qran-pri üçün xüsusi biletlər hazırlayacaqlar. 

"Report"un məlumatına görə, yarışın 70 illiyinə həsr olunmuş bilet seti göstərilən ünvana pulsuz çatdırılacaq.

Azarkeşlər iki böyük üçün bilet aldıqda, uşaqların biletini pulsuz əldə edəcəklər. Kampaniya yanvarın 31-dək etibarlıdır. Biletin dizaynını təşkilatçılar gizli saxlayıblar.

Qeyd edək ki, 2020-ci il Rusiya Qran-prisi 25 - 27 sentyabrda olacaq. Bundan əvvəl isə 5 - 7 iyunda Azərbaycan Qran-prisi keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi