"Formula 1": "Rusiya Qran-prisi təqvimdən çıxarılıb"

"Formula 1": "Rusiya Qran-prisi təqvimdən çıxarılıb" Rusiya Qran-prisi "Formuq 1" üzrə dünya çempionatının təqvimindən çıxarılıb.
Fərdi
24 Fevral , 2022 11:00
Formula 1: Rusiya Qran-prisi təqvimdən çıxarılıb

Rusiya Qran-prisi "Formula 1" üzrə dünya çempionatının bilet satışı bölməsindəki təqvimdən çıxarılıb.

"Report" yarışın rəsmi saytına istinadən xəbər verir ki, hazırda siyahıda 23 yox, 22 Qran-prinin adı qeyd olunub.

Bilet satışı bölümündə Rusiyadakı yarışın adı yer almayıb. Turnir cədvəlindən isə bu ölkənin bayrağı götürülüb.

Rusiya Qran-prisi sentyabrın 25-də Soçidə gerçəkləşməli idi.

Qeyd edək ki, "Formula 1" mövsümünə martın 20-də Bəhreyndə start veriləcək. 10 - 12 iyunda Bakıda Azərbaycan Qran-prisi təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi