"Formula 1": "Red Bull" yeni bolidini təqdim edib

"Formula 1": "Red Bull" yeni bolidini təqdim edib "Formula 1" üzrə dünya çempionatında çıxış edən "Red Bull" komandasını yeni bolidini təqdim edib
Fərdi
23 Fevral , 2022 14:44
Formula 1: Red Bull yeni bolidini təqdim edib

"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Red Bull" komandasını yeni bolidini təqdim edib.

"Report"un məlumatına görə, RB18 adlı avtomobilin təqdimatı komandanın rəsmi tviter hesabında gerçəkləşib.

2022 mövsümündə Avstriya komandasını meksikalı Serxio Peres və niderlandlı Maks Ferstappen təmsil edəcək. Ferstappen ötən mövsüm yarışın çempionu olub.

Qeyd edək ki, "Formula 1" mövsümünə martın 20-də Bəhreyndə start veriləcək. 10 - 12 iyunda Bakıda Azərbaycan Qran-prisi təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi