“Burada yarışmaq həyəcanvericidir. İndiyədək burada yarış zamanı çoxlu drama, təhlükəsizlik maşınının dəfələrlə trekə daxil olmasına və bunun kimi digər xüsusi məqamlara şahid olmuşuq”.
“Report” xəbər verir ki, bunu ABŞ-ın “Haas” komandasının pilotu Kevin Maqnussen Bakıda “Formula 1” üzrə
İki il öncə Böyük Britaniyanın “Williams” komandasının heyətində Bakıda 3-cü yeri tutan “Racing Point”in sürücüsü Lens Stroll bildirib ki, podiumda olmaq son dərəcə əhəmiyyətlidir. 21 yaşlı kanadalı bu dəfə də özünü göstərmək istədiyini vurğulayıb: “Bakıda yer tutduğum gün mənimçün çox əlamətdar idi. Burada hər il eyni fürsət mövcuddur. Yarış zamanı trek daxilində xaotik vəziyyət hakim olur, xüsusən də sonuncu dörd-beş dövrə ərzində. Ötən ildə olduğu kimi təhlükəsizlik maşını arxasında yarışa davam etmək nəticəsində hər zaman daha irəliyə keçmək imkanı yaranır və nəticədə görəcəyik bu il qarşımıza hansı fürsətlər çıxır”.
Fransa “Renault”unun pilotu Niko Hülkenberq isə Bakı trekinin mötəşəm olduğunu söyləyib: “Burada yarışmaq son dərəcə çətin, həmçinin müsbət mənada xaotikdir. Başqa sözlə, hərtərəfli şəkildə gözəldir. Xüsusən 1-ci döngədə çox gözəl mənzərə yaranır. Bolidin içərisindən bunu izləmək də olduqca əyləncəlidir”.
İsveçəninin “Alfa Romeo” komandasının pilotu Antonio Covinatsi ötən il Bakıda keçirilmiş “Formula 2” yarışında qalib olduğunu xatırladıb. Yeni mövsümdən “Formula 1”də debüt edən 26 yaşlı italiyalı pilot bu həftə ilk dəfə “Formula 1” bolidində trekə çıxacağını diqqətə çatdırıb: "Bura aid məndə gözəl xatirələr var. 2016-cı ildə ilk dəfə “Formula 2” yarışlarında iştirak edirdim və həmin il Bakıdakı hər iki yarışın qalibi oldum. Səbirsizliklə yarışı gözləyirəm. Bilirəm ki, çox çətin yarış olacaq. Hər zamankı kimi, trekə dəfələrlə təhlükəsizlik maşınının daxil olması və başqa xüsusi məqamlara şahid ola bilərik. Budəfəki yarışı səbrsizliklə gözləyirəm”.