"Formula 1" pilotu ailəsini mənzilinin qarət olunmasından xilas edib

"Formula 1" pilotu ailəsini mənzilinin qarət olunmasından xilas edib Formula 1də çıxış edən Haas pilotu Romen Qrojan ailəsini mənzilinin qarət olunmasından xilas edib.
Fərdi
12 İyun , 2019 10:23
Formula 1 pilotu ailəsini mənzilinin qarət olunmasından xilas edib

"Formula 1"də çıxış edən "Haas" pilotu Romen Qrojan ailəsini mənzilinin qarət olunmasından xilas edib.

"Report"un məlumatına görə, fransalı sürücü gecə vaxtı evinə pəncərədən girən iki nəfəri niyyətlərini həyata keçirməyə qoymayıb. Onu dəhlizə çıxdığı vaxt görən oğrular qaçmağa məcbur olublar. "Xoşagəlməz hisslərdir, amma biz təhlükəsiz şəraitdəyik" deyə Qrojan şəxsi "Instagram"ında yazıb.

Onun həyat yoldaşı Marion Qrojan isə həyat yoldaşını qəhrəman adlandırıb. Onun sözlərinə görə, Romen Qrojan kimi idmançılar dünyanın xilas etməkdən əlavə, gözəlləşdirirlər: "İnsanlar öz qəhrəmanlarını tanımalıdırlar. Onlardan biri ilə mən yaşayıram. Çox sağ ol, sevgilim".

Qeyd edək ki, Romen və Marionun 3 övladı var. Onlardan böyüyünün iyulda 6 yaşı tamamlanacaq. Ən kiçiyinin isə hələ 2 yaşı tamamlanmayıb.   

Son xəbərlər

Orphus sistemi