"Formula 1": Macarıstan Qran-prisində kütləvi qəza baş verib

"Formula 1": Macarıstan Qran-prisində kütləvi qəza baş verib Formula-1 üzrə Macarıstan Qran-prisində kütləvi qəza baş verib.
Fərdi
2 Avqust , 2021 01:28
Formula 1: Macarıstan Qran-prisində kütləvi qəza baş verib

Formula-1 üzrə Macarıstan Qran-prisində kütləvi qəza baş verib.

"Report"un məlumatına görə, "Hunqarorinq" transındakı yarışın startındakı insidentə "Mercedes" pilotu Valtteri Bottas səbəbkar olub. O, mübarizəyə ləngidikdən sonra əyləci gec basıb və "Maklaren" pilotu Lando Norrisin bolidinə çırpılıb. Bunun ardından Norrisin avtomobili Maks Ferstappenin idarə etdiyi "Red Bull"a dəyərək onu kənara atıb. Bottasın öz bolidi isə Serxio Peresin avtomobilinə tərəf uçub.

Bu qrupdan bir qədər aralıda gələn Lens Stroll da sürəti azalda bilməyib. Onun "Aston Martin"i Şarl Leklerə məxsus "Ferrari"yə dəyib.

Strollun komanda yoldaşı Sebastyan Fettelin adı isə Macarıstan Qran-prisinin yekun protokolundan çıxarılıb. Beynəlxalq Avtomobil İdmanı Federasiyasının texniki komissarı finişdən sonra onun avtomobilindən yanacaq nümunəsi götürə bilməyib. Qaydalara görə, yanacaq nümunəsi bir litr təşkil etməlidir. Komissarlar isə cəmi 300 millilitr nümunə götürə biliblər.

Nəticədə Fettel Macarıstan Qran-prisində ikinci pillədən məhrum edilib. Onun yerinə "Mercedes" pilotu Lüis Hemilton yüksəlib. Qalib adını "Alpine" pilotu Esteban Okon qazanıb. Üçüncü yer isə Karlos Saynsa ("Ferrari") qismət olub.

Son xəbərlər

Orphus sistemi