"Formula 1" komandası iki pilotu ilə vidalaşır

"Formula 1" komandası iki pilotu ilə vidalaşır "Formula 1" üzrə dünya çempionatında çıxış edən "Haas" komandası iki pilotu ilə yollarını ayırır.
Fərdi
1079
22 Oktyabr , 2020 12:32
Formula 1 komandası iki pilotu ilə vidalaşır

"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Haas" komandası iki pilotu ilə yollarını ayırır.

"Report" yarışın rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, Kevin Maqnussen və Romen Qrojan cari mövsümünün sonunda "Haas"ı tərk edəcək.

Onların hansı komandaya gedəcəkləri hələ bəlli deyil.

Qeyd edək ki, Romen Qrojan 2016-cı ildən, Kevin Maqnussen isə 2017-ci ildən "Haas"da çıxış edir.

Son xəbərlər

Orphus sistemi