"Formula 1": Kanada Qran-prisi ardıcıl 2-ci dəfə ləğv olundu

"Formula 1": Kanada Qran-prisi ardıcıl 2-ci dəfə ləğv olundu Kanada Qran-prisi ötən mövsüm də eyni səbəbdən baş tutmayıb
Fərdi
15 Aprel , 2021 20:55
Formula 1: Kanada Qran-prisi ardıcıl 2-ci dəfə ləğv olundu

"Formula 1" üzrə Kanada Qran-prisi koronavirus pandemiyası səbəbindən ləğv edilib.

"Report"un məlumatına görə, bu barədə "Radio Kanada" xəbər yayıb.

Bildirilib ki, təşkilatçılar yoluxma riskinin yüksək olacağından ehtiyat etdikləri üçün bu qərarı veriblər. Azarkeşsiz keçirilməsi nəzərdə tutulan yarış 11-13 iyunda olmalı idi.

Qeyd edək ki, Kanada Qran-prisi ötən mövsüm də eyni səbəbdən baş tutmayıb.

Son xəbərlər

Orphus sistemi