Yuxarı

​"Formula 1"in ilk qadın pilotu vəfat edib

İtaliyalı sabiq idmançı 90 yaşında dünyadan köçüb

Bakı. 10 yanvar. REPORT.AZ/ "Formula 1"də çıxış etmiş ilk qadın pilot Mariya Tereza de Filippis vəfat edib.

"Report"un məlumatına görə, italiyalı sabiq idmançı 90 yaşında ikən dünyasını dəyişib.

O, 1958-ci ildə 3 "Qran Pri" yarışında iştirak edib. İlk yarışda o, finişə 10-cu çatıb. De Filippis karyerasını öz komandasının rəhbəri Jan Behrin ölümündən sonra başa vurub. 1997-ci ildə isə sabiq pilotların beynəlxalq klubunun vitse-prezidenti seçilib.

Qeyd edək ki, indiyədək "Formula 1"ə 5 qadın pilot qatılıb. Onlardan yalnız 2-si yürüş zamanı start xəttinə çıxıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi