“Formula 1”in ikiqat çempionunu avtomobil vurdu

“Formula 1”in ikiqat çempionunu avtomobil vurdu “Formula 1”0n ikiqat çempionu, ispaniyalı Fernando Alonsonu avtomobil vurub
Fərdi
398
12 Fevral , 2021 03:55
“Formula 1”in ikiqat çempionunu avtomobil vurdu
Fernando Alonso

“Formula 1”in ikiqat çempionu, ispaniyalı Fernando Alonsonu avtomobil vurub.

Bu barədə "Report" "La Gazzetta dello Sport" a istinadən xəbər verir.

Bildirilir ki, hadisə İsveçrənin Luqano şəhəri yaxınlığında velosiped təlimi zamanı baş verib. 39 yaşlı ispaniyalı xəstəxanaya aparılıb. Alonso “Formula 1” mövsümünün başlanğıcında iştirak etməyə bilər.

“Alpine” komandasında bildiriblər ki, Alonsonun vəziyyəti yaxşıdır. İdmançı əlavə müayinədən keçiriləcək.

Alonso “Formula 1”də 17 mövsüm keçirib, “Minardi”, “Renault”, “McLaren” və “Ferrari” komandalarının formasını geyinib. O, iki dəfə - 2005 və 2006-cı illərdə çempion olub.

Son xəbərlər

Orphus sistemi