“Formula 1”in icraçı direktoru maaşını azaltdı

“Formula 1”in icraçı direktoru maaşını azaltdı “Formula 1”in icraçı direktoru Çeyz Keri öz maaşını 20 faiz azaltmaq qərarına gəlib.
Fərdi
7 Aprel , 2020 11:12
“Formula 1”in icraçı direktoru maaşını azaltdı

“Formula 1”in icraçı direktoru Çeyz Keri öz maaşını 20 faiz azaltmaq qərarına gəlib.

“Report” “Daily Mail”ə istinadən xəbər verir ki, maaşı açıqlanmayan funksionerdən əlavə idman direktoru Ross Braun və qurumda rəhbər vəzifələrdə çalışan daha 15 nəfərin məvacibi bu qədər azalıb.

Belə halın iki ayı əhatə edəcəyi vurğulanıb. Son bir həftə ərzində “Formula 1” rəhbərliyi 500-dək işçisini ödənişsiz məzuniyyətə göndərib.

Qeyd edək ki, bu mövsüm yarış keçirilməyib. Daha əvvəl "Formula 1" rəhbərliyi koronavirusa görə Monakodakı yarışı ləğv edib. Azərbaycanla yanaşı, Avstraliya, Bəhreyn, Vyetnam, Çin, Hollandiya və İspaniya Qran-priləri təxirə salınıb. Azərbaycan Qran-prisi 5 - 7 iyunda keçirilməli idi. 

Son xəbərlər

Orphus sistemi