"Formula 1": Dünya çempionu ilin ən yaxşı pilotu seçilib

"Formula 1": Dünya çempionu ilin ən yaxşı pilotu seçilib "Formula 1"də çıxış edən “Red Bull” komandasının sürücüsü Maks Ferstappen ilin pilotu seçilib.
Fərdi
27 dekabr 2021 14:22
Formula 1: Dünya çempionu ilin ən yaxşı pilotu seçilib

"Formula 1"də çıxış edən “Red Bull” komandasının sürücüsü Maks Ferstappen ilin pilotu seçilib.

"Report" xəbər verir ki, hazırkı dünya çempionu komanda rəhbərlərinin versiyasına əsasən bu ada layiq görülüb. Səsvermədə 213 xal toplayan niderlandlı pilot bütün rəqiblərini qabaqlayıb.

İkinci pillədə 192 xalla "Mercedes" pilotu Lüis Hemilton qərarlaşıb. Reytinqdə ilk "üçlüy"ü "McLaren"in sürücüsü Lando Norris (110 xal) tamamlayıb.

Son xəbərlər

Orphus sistemi