Bakı. 24 iyun. REPORT.AZ/ "Red Bull" komandasının pilotu Daniel Rikkardo "Formula-1" üzrə Azərbaycan Qran-prisinin sıralama turunu başa çatdıra bilməyib.
“Report”un məlumatına görə, onun idarə etdiyi bolidin arxa hissəsi səddə dəydikdən sonra dayanıb.
Nəticədə pilot maşını tərk edib və kran onu trassdan götürüb.
Sonuncu sərbəst yürüş zamanı bolidi yanan “Renault”un pilotu Colion Palmer sıralama turunda iştirak etməyib.