"Formula 1": Daha üç ölkədə yarış keçirilməyəcək

"Formula 1": Daha üç ölkədə yarış keçirilməyəcək "Formula 1" 2020 mövsümündə ABŞ, Meksika və Braziliyada Qran-pri keçirməkdən imtina edib.
Fərdi
24 İyul , 2020 16:54
Formula 1: Daha üç ölkədə yarış keçirilməyəcək

"Formula 1" şirkəti 2020 mövsümündə ABŞ, Meksika və Braziliyada Qran-pri keçirməkdən imtina edib. 

"Report" BBC-yə istinadən xəbər verir ki, yarışlar koronavirus pandemiyası ilə əlaqədar yaranan vəziyyətə görə gerçəkləşməyəcək. 

Bundan əlavə, Kanada Qran-prisinin də keçirilməsi sual altındadır. Təqvimdə bu mərhələləri Avropadakı yarışlar əvəzləyəcək. 

Qeyd edək ki, bu il 5 - 7 iyunda Bakıda keçirilməli olan Azərbaycan Qran-prisi ləğv edilib.

Son xəbərlər

Orphus sistemi