Bakı. 24 iyun.
“Report”un məlumatına görə, hazırda davam edən üçüncü sərbəst yürüş zamanı "Renault"un pilotu Colion Palmerin idarə etdiyi bolid yanmağa başlayıb. Marşalların köməyi ilə alov söndürülsə də, britaniyalı sürücü çıxışını dayandırıb.
Qeyd edək ki, Colion Palmerin bolidi iyunun 24-də keçirilmiş sərbəst yürüş zamanı səkkizinci döngədə - Qız Qalasının yaxınlığında səddə çırpılıb. Pilot maşını tərk etdikdən sonra əraziyə cəlb olunan kran onu oradan götürüb.