"Formula 1" avtodromu koronavirus xəstəxanasına çevrilir

"Formula 1" avtodromu koronavirus xəstəxanasına çevrilir Meksikanın paytaxtı Mexikodakı Rodriges qardaşları adına Avtodromun ərazisində COVID-19 pasiyentləri üçün müvəqqəti xəstəxananın təşkili üçün işlərə başlanılıb.
Fərdi
4 May , 2020 11:38
Formula 1 avtodromu koronavirus xəstəxanasına çevrilir

Meksikanın paytaxtı Mexikodakı Rodriges qardaşları adına Avtodromun ərazisində COVID-19 pasiyentləri üçün müvəqqəti xəstəxananın təşkili üçün işlərə başlanılıb.

"Report"un məlumatına görə, bu barədə ölkənin Sosial Təminat İnstitutundan bildirilib. Bu avtodromda 1963-cü ildən "Formula 1" Qran-priləri keçirilir.

Ümumilikdə 216 yerdən 26-sı intensiv respirator terapiyası üçün nəzərdə tutulubsa, qalanları hərəsi 24 çarpayıdan ibarət olmaqla, 8 modula bölünəcək.

Qeyd edək ki, Mexiko şəhəri Meksikada koronavirusa yoluxma sayında regionlar arasında liderdir. Hazırda paytaxtda 1894 COVID-19 xəstəsi var. Ümumilikdə isə ölkədə 23 471 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 2 154-ü ölüb.   

Son xəbərlər

Orphus sistemi