Formula 1: Açılış mərasimində Dövlət Himnini qazi səsləndirəcək

Formula 1: Açılış mərasimində Dövlət Himnini qazi səsləndirəcək Müxtəlif millətlərin nümayəndələri əllərində Azərbaycan bayrağı tutacaq
Fərdi
391
6 İyun , 2021 13:34
Formula 1: Açılış mərasimində Dövlət Himnini qazi səsləndirəcək

"Formula 1" üzrə Azərbaycan Qran-prisinin açılış mərasiminin proqramı açıqlanıb.

"Report"un məlumatına görə, tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni Vətən müharibəsi qazisi Atəş Qarayev və Səbinə Babayeva tərəfindən səsləndiriləcək.

Himn səsləndirilən zaman trek üzərində dayanacaq müxtəlif millətlərin nümayəndələri əllərində Azərbaycan bayrağı tutacaq.

Onlar Bakıda keçirilən beşinci "Formula 1" yarışını simvolizə edən və barış işarəsini əks etdirən "V" formasında dayanacaqlar.

Qeyd edək ki, mərasim üçün yaradılan himnin xüsusi versiyası Azərbaycan bəstəkarı və musiqi prodüseri Azad Vəliyev tərəfindən hazırlanıb. Azərbaycan Respublikasının Dövlət Himninin bu tərtibatı Konstitusiya ilə dəqiq müəyyənləşdirilmiş formada təqdim olunur.

Saat 16:00-da "Formula 1"də əsas yarışa start veriləcək və yekunda qalib müəyyənləşəcək.

Son xəbərlər

Orphus sistemi