Yuxarı
    Bağlamaq

    Ronaldu ötən il Messidən çox qazanıb

    Forbes jurnalı dünyanın 100 ən yüksək məvacibli idmançılarının siyahısını dərc edib

    Bakı. 3 fevral. REPORT.AZ/ "Forbes" jurnalı dünyanın 100 ən yüksək ödənişli idmançılarının siyahısını dərc edib. 

    "Report"un məlumatına görə, reytinqdə idmançıların 2016-cı ildə əldə etdikləri əmək haqqı, bonus və reklam gəlirləri nəzərə alınıb.

    İspaniyanın "Real Madrid" klubunun hücumçusu Kriştianu Ronaldu siyahıda liderdir. Portuqaliyalı futbolçu 88 milyon dollarlıq gəlirlə ilk sıradadır. Ronaldu bu vəsaitin 56 milyon dollarını klubdan, 32 milyon dollarını isə reklam gəlirlərindən əldə edib.

    Reytinqdə 2-ci pillədə İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi yer alıb. Argentinalı hücumçu 2016-cı ildə 81,4 milyon dollar (53,4 + 28) qazanıb. ABŞ-ın "Klivlend" basketbol komandasənın lideri Lebron Ceyms isə üçüncüdür. Onun gəliri 77,2 milyon dollar (23,2 + 54) təşkil edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi