Finlandiyalı məşqçi Bakıdakı dünya çempionatında zədələnib

Finlandiyalı məşqçi Bakıdakı dünya çempionatında zədələnib Bakıda keçirilən batut gimnastikası üzrə dünya çempionatında Finlandiya yığmasının məşqçisi zədələnib
Fərdi
108
19 Noyabr , 2021 11:47
Finlandiyalı məşqçi Bakıdakı dünya çempionatında zədələnib

Bakıda keçirilən batut gimnastikası üzrə dünya çempionatında Finlandiya yığmasının məşqçisi zədələnib.

"Report"un məlumatına görə, o, Reea Eraeheimo - Salla Tamper cütünün batut üzrə sinxron proqramında təsnifat yarışında çıxışı zamanı xəsarət alıb.

Gimnastlardan biri tullanarkən öz sahəsindən kənara çıxıb. Onun yerə yıxılmasının qarşısını almaq istəyərkən məşqçi biləyindən zədələnib. Ona ilkin tibbi yardım göstərilib.

Qeyd edək ki, bu idman növündə yüksəklikdən enişlər zamanı sahədən kənara çıxma hallarına müntəzəm rast gəlinir.

Dünya çempionatı noyabrın 21-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi