Filippində boksçu qalib gəldiyi qarşılaşmadan sonra ölüb

Filippində boksçu qalib gəldiyi qarşılaşmadan sonra ölüb Filippinli boksçu Kennet Eqano həmyerlisi Ceyson Fakularinlə qarşılaşmadan sonra ölüb.
Fərdi
11 may 2023 01:49
Filippində boksçu qalib gəldiyi qarşılaşmadan sonra ölüb

Filippinli boksçu Kennet Eqano həmyerlisi Ceyson Fakularinlə qarşılaşmadan sonra ölüb.

“Report” xəbər verir ki, bu barədə “Philstar” məlumat yayıb.

K.Eqano rəqibini məğlub etsə də, nəticələrin açıqlanması zamanı huşunu itirib. Filippinli boksçu xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, 22 yaşlı K.Eqano indiyədək 8 döyüş keçirib. O, bu qarşılaşmalarda 7 qələbə qazanıb, 1 dəfə isə məğlub olub.

Son xəbərlər

Orphus sistemi