FIDE reytinqi: Teymur Rəcəbov "10-luğ"a daxil olub

FIDE reytinqi: Teymur Rəcəbov "10-luğ"a daxil olub Beynəlxalq Şahmat Federasiyası (FIDE) yanvar ayı üçün reytinq siyahısını açıqlayıb.
Fərdi
133
2 Fevral , 2020 03:08
FIDE reytinqi: Teymur Rəcəbov 10-luğa daxil olub

Beynəlxalq Şahmat Federasiyası (FIDE) yanvar ayı üçün reytinq siyahısını açıqlayıb.

"Report" FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, ilk "10-luq"da Azərbaycanın iki təmsilçisi yer alıb. 

2770 xala malik Şəhriyar Məmmədyarov 8-ci pillədə qalaraq reytinqdə öz yerini qoruya bilib. 

Dünya Kubokunun qalibi Teymur Rəcəbov isə 1 pillə irəliləyib. 2765 xalla malik Rəcəbov hazırda reytinq siyahısında 10-cudur.

Daha 4 pillə irəliləyən Nicat Abbasov (2670) 67-ci, 2 pillə irəliləyən Qədir Hüseynov (2666) isə 72-ci pillədə yer alıb. 

Əvəzində ötən ay 2659 xalla 85-ci olan Rauf Məmmədov "100-lüy"ü tərk edib.

Siyahıya yenə norveçli dünya çempionu Maqnus Karlsen 2862 xalla başçılıq edir. ABŞ təmsilçisi Fabiano Karuana 2842 xalla 2-ci, çinli Dinq Liren 2805 xalla 3-cüdür.

Qadınlardan Günay Məmmədzadə yenə 2455 xalla 28-ci pillədə qalıbsa, 2 pillə irəliləyən Gülnar Məmmədova 2386 xalla 75-ci, 1 pillə önə çıxan Ülviyyə Fətəliyeva 2377 xalla 86-cı pillədə yer alıb.

Son xəbərlər

Orphus sistemi