FIDE reytinqi: Teymur Rəcəbov 1 pillə irəliləyib, 3 azərbaycanlı şahmatçı "100-lüy"ü tərk edib

FIDE reytinqi: Teymur Rəcəbov 1 pillə irəliləyib, 3 azərbaycanlı şahmatçı "100-lüy"ü tərk edib Beynəlxalq Şahmat Federasiyası (FİDE) aprel üçün reytinq siyahısını açıqlayıb.
Fərdi
1 Aprel , 2019 01:58
FIDE reytinqi: Teymur Rəcəbov 1 pillə irəliləyib, 3 azərbaycanlı şahmatçı 100-lüyü tərk edib

Beynəlxalq Şahmat Federasiyası (FİDE) aprel üçün reytinq siyahısını açıqlayıb.

"Report"un qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarovun mövqeyi yenə dəyişməyib. Hazırda 2793 xalla 5-ci pillədə olan 33 yaşlı şahmatçı lider norveçli dünya çempionu Maqnus Karlsendən 52, ikinci yerdəki amerikalı Fabiano Karuanadan 26, 3-cü sıradakı çinli Dinq Lirendən 16, 4-cü mövqedəki hindistanlı Aniş Giridən 4 xal geri qalır.

Teymur Rəcəbov isə 1 pillə irəliləyib. 2756 xala malik Rəcəbov hazırda 12-cidir. Daha 7 pillə geriləyən Arkadi Naydiç 2695 xalla 42-cidir. 2654 xalı olan Qədir Hüseynov isə 15 pillə geriləyib və hazırda 97-ci yerdədir.

Rauf Məmmədov və Eltac Səfərli isə "100-lüy"ü tərk edib.

Qadınlardan 1 pillə geriləyən Günay Məmmədzadə 2438 xalla 40-cıdır. Xanım Balacayeva isə “100-lüy”ü tərk edib.

Son xəbərlər

Orphus sistemi