FIDE reytinqi: Məmmədyarov ilk "onluğ"a qayıdıb, Rəcəbov geriləyib

FIDE reytinqi: Məmmədyarov ilk "onluğ"a qayıdıb, Rəcəbov geriləyib Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.
Fərdi
223
30 Noyabr , 2021 20:34
FIDE reytinqi: Məmmədyarov ilk onluğa qayıdıb, Rəcəbov geriləyib

Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.

"Report" FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, ilk "10-luq"da Azərbaycanın bir təmsilçisi yer alıb.

Xallarını 2 765-ə çatdıran Şəhriyar Məmmədyarov 2 pilləlik irəliləyişlə 9-cu sıraya yüksəlib. 2 753 xalı olan Teymur Rəcəbov isə ötən ayla müqayisədə 1 pillə də geriləyərək, 14-ci sırada qərarlaşıb.

Rauf Məmmədov (2 656) 61-ci yerdən 86-cı, Qədir Hüseynov (2 661) 74-cü sıradan 80-ci pilləyə geriləyib.

Siyahıda ilk “üçlük” də dəyişiklik olub. Norveçli dünya çempionu Maqnus Karlsen (2 856) əvvəlkitək birincidirsə, 2 799 xalı olan çinli Dinq Liren 2-ci pillədəki mövqeyini itirib. 3-cü sıraya geriləyən şahmatçını 2 804 xalı olan Fransa təmsilçisi Alireza Firuzca əvəzləyib. ABŞ-dan olan Fabiano Karuana (2 792) isə 4-cü sıraya enib.

Qadın şahmatçılardan Günay Məmmədzadə (2 470) 26-cı, Gülnar Məmmədova (2 3875) 71-ci, Xanım Balacayeva isə (2 376) 83-cüdür.

Son xəbərlər

Orphus sistemi