FIDE reytinqi: Məmmədyarov və Rəcəbovun mövqeyi dəyişməyib

FIDE reytinqi: Məmmədyarov və Rəcəbovun mövqeyi dəyişməyib Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.
Fərdi
31 İyul , 2021 18:02
FIDE reytinqi: Məmmədyarov və Rəcəbovun mövqeyi dəyişməyib

Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.

"Report" FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, ilk "10-luq"da Azərbaycanın 2 təmsilçisi yer alıb.

Şəhriyar Məmmədyarov 2782 xalla 6-cı, Teymur Rəcəbov isə 2 763 xalla 10-cu yerdəki mövqeyini qoruyub.

Qədir Hüseynov (2665) 72-ci, sırada qalıb. 3 pillə geriləyən Nicat Abbasov (2656) isə 87-ci-sıraya enib. 4 addım geriləyən Rauf Məmmədov (2 654) 91-ci pillədə yer alıb.

Siyahıda ilk “üçlük” dəyişməyib. Norveçli dünya çempionu Maqnus Karlsen (2847) birinci, Fabiano Karuana (ABŞ, 2806) ikinci, Dinq Liren (Çin, 2799) üçüncüdür.

Qadın şahmatçılardan Günay Məmmədzadə 2460 xalla 26-cı pillədə qərarlaşıb. Gülnar Məmmədova (2385) 77-ci, Xanım Balacayeva (2376) isə 91-cidir.

Son xəbərlər

Orphus sistemi