FIDE Qran-prisi: Şəhriyar Məmmədyarov III mərhələdə mübarizəyə başlayır

FIDE Qran-prisi: Şəhriyar Məmmədyarov III mərhələdə mübarizəyə başlayır Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün Almaniyanın paytaxtı Berlində start götürəcək FIDE Qran-prisinin III mərhələsində mübarizəyə başlayacaq.
Fərdi
181
22 Mart , 2022 09:46
FIDE Qran-prisi: Şəhriyar Məmmədyarov III mərhələdə mübarizəyə başlayır

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün Almaniyanın paytaxtı Berlində start götürəcək FIDE Qran-prisinin III mərhələsində mübarizəyə başlayacaq.

"Report"un məlumatına görə, reytinq favoritlərindən biri kimi B qrupuna düşən 37 yaşlı qrossmeyster ilk turda almaniyalı Vinsent Kaymerlə qarşılaşacaq. Məmmədyarov qara fiqurlarla oynayacaq.

Bu qrupun digər qarşılaşmasında isə rusiyalı Daniil Dubov və ABŞ-dan olan Lenyer Dominges üz-üzə gələcək.

Əsasnaməyə görə, hər qrupda dairəvi sistemlə ikidövrəlik mübarizə gedəcək. Nəticədə yalnız qrup qalibləri yarımfinala yüksələcəklər. Yarımfinal və final da iki oyundan, ehtiyac yaranarsa, tay-breykdən ibarət olacaq.

Qran-pri iştirakçıları reytinq xalları da əldə edəcəklər. Qalib şahmatçı 13 xal, finalçı 10 xal, yarımfinalda uduzanlar 7 xal, qruplarda 2-ci yerin sahibləri 4 xal, 3-cü pilləni tutanlar 2 xal alacaqlar. Qrup sonuncularına isə xal verilməyəcək.

Qeyd edək ki, FIDE Qran-prisinin III mərhələsinə aprelin 4-də yekun vurulacaq. Turnirin ümumi mükafat fondu 150 000 avrodur. Şəhriyar Məmmədyarov Serbiyanın paytaxtı Belqraddakı II mərhələdə D qrupunda bütün görüşlərini heç-heçə ilə başa vurub və yarımfinala yüksələ bilməyib.

Hər şahmatçı Qran-prinin yalnız iki mərhələsinə qatıla bilər. Ümumi hesabda ən yaxşı iki qrossmeyster İddiaçılar Turnirində iştirak hüququ əldə edəcək.

Son xəbərlər

Orphus sistemi