FIDE prezidenti Şəmkirdə şahmatçılarla futbol oynayıb

FIDE prezidenti Şəmkirdə şahmatçılarla futbol oynayıb Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess2019 superturnirinin istirahət günü ənənəvi futbol yarışı keçirilib.
Fərdi
6 aprel 2019 12:22
FIDE prezidenti Şəmkirdə şahmatçılarla futbol oynayıb

Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess2019" superturnirinin istirahət günü ənənəvi futbol yarışı keçirilib. 

Yaerışın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bu dəfə turnirdə 4 komanda mübarizə aparıb. Qalib adı uğrunda Arkadi Dvorkoviçin kapitanı olduğu FIDE, Faiq Həsənovun rəhbərlik etdiyi Azərbaycan Şahmat Federasiyası, eyni zamanda "Şahmatçılar" və "Təşkilatçılar" komandaları çıxış edib.

Reqlamentə uyğun olaraq komandalar dairəvi sistemlə bir-biriylə qarşılaşıb. Sonda daha çox qələbə qazanan "Təşkilatçılar" futbol yarışının qalibi adını qazanıb. İkinci yeri iki qələbə qazanan Maqnus Karlsenin oynadığı "Şahmatçılar" komandası tutub.

Qeyd edək ki, hər il ənənəvi olaraq istirahət günündə şahmatçılar futbol yarışında iştirak edir.

Son xəbərlər

Orphus sistemi